Gəncədə piyadanı avtomobil VURDU

 22:50 06.07.2025     357

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hərəkətdə olan “KIA” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən