Zaqatalada qəzada ölən ər-arvadın FOTOSU

 09:40 07.07.2025     222

İyulun 5-i Zaqatalada avtomobil qəzasında ər-arvad həyatını itirib.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına əsasən, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev hadisə yerində vəfat edib.

Onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə zamanı Fəryad İbrahimov və 13 yaşlı oğlu isə xəsarət alıb.