Azad edilmiş ərazilərdə daha 59 mina, 382 PHS aşkarlandı

 10:55 07.07.2025     56

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (30.06-2025-06.07.2025) məlumat açıqlanıb.

Redaktor.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 43 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 382 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2 331,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.