Bakıda bu metronun yaxınlığında yanğın söndürüldü - YENİLƏNİB

 19:09 07.07.2025     302

Xəbər verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının  yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

18:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının  yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-in Mətbuat xidmətinindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.