Goranboyda iki yaşlı uşaq xlordan zəhərləndi

 10:34 08.07.2025     430

Goranboyda azyaşlı kimyəvi maddədən zəhərlənib.

Redaktor.az teleqraf-a istinadən xəbər verir ki, Veyisli kənd sakini, 2023-cü il təvəllüdlü Əbülfəz Verdiyev xlor içərək zəhərlənib. Kimyəvi maddə evdə ziyanverici həşəratlara qarşı istifadə edilirmiş.

Azyaşlı xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib.

Vəziyyəti kafidir. Hadisə ehtiyatsızlıqdan baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən