Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti TAPILDI

 21:05 08.07.2025     117

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.

Faktla bağlı araşdırmaya başlanılıb.