Gədəbəydə iki avtomobil toqquşdu, xəsarət alanlar var

 22:54 08.07.2025     52

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayonun Zəhmət kəndi ərazisində "Niva" və "Toyota Prius" markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində 1961-ci il təvəllüdlü V.Həsənov, 1962-ci il təvəllüdlü Ə.Rzayev, X.Bayramova və 2000-ci il təvəllüdlü Ü.Hüseynov xəsarət alıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Hadisənin səbəbləri araşdırılır.