Rusiyanın göndərdiyi dron səfirliyimizin yaxınlığına düşdü - FOTO

 16:11 10.07.2025     504

İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Redaktor.az AZƏRTAC-a istinadla xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.

Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron və 18 ballistik və müxtəlif tipli raketlər atılıb.

 




Vumart və Güvən reklamı Vumart Güvən