“Qızıma deyib ki, get özünü balkondan at yerə...” - VİDEO

 09:46 11.07.2025     259

“Könül bacısına zəng edib deyib ki, yoldaşı onu bıçaqla hədələyir”.

Redaktor.az xəbər verir ki, bu iddianı “Xəzər Xəbər”ə 11 gün öncə yaşadığı evin eyvanından yıxılaraq ölən 20 yaşlı Könül İbrahimovanın valideyni deyib.

“Qızıma deyib ki, get özünü balkondan at yerə. Sonra deyib ki, səni özüm atacam, heç kəs bilməyəcək ki, mən etmişəm. İki ay yarım onun yanında iztirablarla yaşayıb”, - deyə K. İbrahimovanın atası bildirib.

Valideynlər iddia edir ki, Könülü həyat yoldaşı pəncərədən ataraq qətlə yetirib. Onlar  bildirirlər ki, hadisə anının kamera görüntülərinə baxdıqda da müəyyən şübhələr yaranır.

Mərhumun yaşadığı binanın komendantı, hadisə şahidi Nəsimi Dadaşlı da cütlüyün daim problemlərinin olduğunu iddia edib.

Daha ətraflı videomaterialı təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən