Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq ETDİ

 18:23 11.07.2025     90

Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.

Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.

Hər bir sürücünün məsuliyyətli davranışı ümumi yol təhlükəsizliyinə töhfə verir. Bu səbəbdən, polis sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və yolda qarşılıqlı hörmət prinsipinə əməl etməyə çağırır.

Vumart və Güvən reklamı Vumart Güvən