Ötən gün ölkə üzrə 45 cinayət faktı qeydə alınıb: 50 nəfər saxlanılıb

İyulun 11-də ölkə ərazisində 45 cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması da təmin edilib.
DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində ümumilikdə 48 nəfər saxlanılıb. Onlardan 35-i borclu şəxs qismində axtarışda olanlardır və aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 50 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi tərəfindən ölkə üzrə ictimai təhlükəsizliyin və qanunçuluğun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.