Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü M. Yusufzadə budunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 14 yaşlı yeniyetməni dostu bıçaqlayıb. Hadisənin zarafat üstündə baş verdiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.