Ağdaşda yeniyetmə su kanalında boğuldu

 20:32 12.07.2025     140

Ağdaş rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğulub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini 2011-ci il təvəllüdlü Bakirli Murad Əli oğlu su kanalında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən