Naftalanda sanatoriyada kişi meyiti TAPILDI

 21:56 12.07.2025     180

Naftalan şəhərində yerləşən sanatoriyalardan birində 37 yaşlı kişinin meyiti aşkarlanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə sanatoriyada qeydə alınıb. Məlum olub ki, vəfat edən şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Z.Kafarovdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə, Z.Kafarov ürək tutmasından dünyasını dəyişib.

Məlumata əsasən, o, Özbəkistandan Naftalana istirahət məqsədilə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən