Xaçmazda avtomobil çaya aşdı, yaralanan var

Xaçmaz-Niyazabad kənd yolunda yol nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, çimərliyə aparan yolda "Range Rover" markalı avtomobil idarəetməni itirərək Qudyalçaya aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.