Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu

 18:09 13.07.2025     130

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, iyulun 13-də Şərur rayon sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı, Şərur rayonunun Yuxarı Havuş kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu rayonun Aşağı Daşarx kəndində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən torpaq sahəsi üzərində yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən