Gəncədə zəncirvari qəza oldu, xəsarət alanlar var

 19:59 13.07.2025     153

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı avtomobil “VAZ 2107” minik avtomobilli ilə toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən