Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş VERDİ

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.
Hərəkətdə olan “VAZ-21011”, “VAZ-2107” və “KIA” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.