Sumqayıtda mebel fabrikinin süngər anbarı tamamilə YANDI

 20:05 14.07.2025     115

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər  verir ki, hadisə Azərbaycan prospektində yerləşən mebel fabrikinə məxsus süngər anbarında qeydə alınıb.

Məlumata görə, anbarda baş verən yanğın nəticəsində obyekt tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Süngərlərin alovlanma sürəti səbəbilə alov qısa müddətdə bütün anbarı bürüyüb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən