Goranboydakı qəzada piyada və sürücü ÖLDÜ

 23:46 14.07.2025     713

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada 1964-cü il təvəllüdlü G.Əsgərov da xəstəxanaya aparılarkən keçinib.

Yaralını xəstəxanaya aparan sürücü isə 1965-ci il təvəllüdlü Q.Sadıqov Gəncə yolunda ürəktutmadan sükan arxasında ölüb.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən