Goranboyda yanğın OLDU

 18:36 15.07.2025     185

Goranboyda yanğın hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri, A.Kərimov küçəsində qeydə alınıb. Həyətyanı torpaq sahəsində yerləşən tikilidə yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından müafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən