Ağdaşda yeniyetmə kanalda BATDI

 20:13 16.07.2025     190

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

Ağdaşda yeniyetmə kanalda batıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü D. Süleymanlı Yuxarı Şirvan kanalında çimərkən batıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən