Zaqatala sakininin meyiti tapıldı

Zaqatala sakininin meyiti tapılıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Zaqatala rayonu Aşağı Tala kənd sakini Aslan Abbasovun meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkarlanıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.