Suraxanıda ev YANDI

 10:22 17.07.2025     110

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Vumart və Güvən reklamı Vumart Güvən