Goranboyda qəzada bir ailənin 2 üzvü ölüb, 3-ü xəsarət alıb - FOTO - YENİLƏNİB

 15:25 17.07.2025     519

İyulun 17-də saat 12:00 radələrində 2 azyaşlı şəxs (biri kişi, digəri qadın cinsi olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən verilən məlumata görə, daxil olan xəstələrin birində beyin əsasının sınığı, sol alın payında hematoma və gicgah sümüyünün sınığı diaqnozu təyin olunub, vəziyyəti ağır qiymətləndirilir. Digər şəxsin yüngül xəsarətlərlə tibb müəssisəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

***

Goranboyda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F. Məmmədli hadisə yerində ölüb.

Sürücünün nəvələri - 2016-cı il təvəllüdlü Ə. Məmmədli və 2021-ci il təvəllüdlü A. Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir (apa).

***

13:08

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən