Nəvələri ilə gəzən kişi anidən çaya düşdü

 13:26 17.07.2025     89

Qazaxda gölə yıxılan kişi boğularaq ölüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Əli Rəhimov nəvələri ilə gəzərkən ayağı anidən sürüşüb və İncəçayından gələn su dəryaçasına düşüb.

Nəticədə kişi orada boğularaq ölüb.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən