Üç prokurorluq əməkdaşı vəzifədən azad OLUNDU

 18:00 17.07.2025     130

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.

Redaktor.az xəbər verir ki, bu haqda məlumat Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. 

Hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunmaları qeyd olunub.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirilib.

Əməliyyat müşavirəsinə yekun vuran E.Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.

Vumart və Güvən reklamı Vumart Güvən