Astarada anasını döyən şəxsə bu cəza verildi

 10:48 18.07.2025     96

Anasını döyən şəxs məsuliyyətə cəlb edilib. Hadisə Astara rayonunun Şiyəkəran kəndində baş verib.

Redaktor.az musavat.com-a istinadən xəbər verir ki, 40 yaşlı Rasim Dadaşov (ad və soyad şərtidir) spirtli içki aludəçisi olduğu üçün anası ilə tez-tez mübahisə edirmiş.

Ailəsindən və uşaqlarından ayrıldıqdan sonra anasının evinə gələn Rasim işləmədiyi üçün spirtli içki almağa pulu olmayıb. Buna görə anasından pul istəyib. Anası isə buna etiraz edərək onun evdən getməsini istəyib.

Mübahisə zamanı Rasim anasına çoxsaylı yumruq zərbələri vuraraq onu döyüb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Ana onu döyən oğlunu bağışlayıb. Rasim isə peşman olduğunu deyərək yüngül cəza verilməsini xahiş edib.

Məhkəmə Rasimi 1 il islah işləri cəzasına məhkum edib.

Vumart və Güvən reklamı Vumart Güvən