Goranboyda otla dolu maşın aşdı - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü F.İsgəndərovun idarə etdiyi “KamAZ” hərkətdə olan zaman aşıb.
Qəza zamanı xəsarət alan olmayıb. Yük yerində olan ot bağlamaları yola dağlıb.
Faktla bağlı araşdırma aparılır.
