Goranboyda otla dolu maşın aşdı - FOTO

 10:05 19.07.2025     365

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpünün üzərində qeydə alınıb. Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü F.İsgəndərovun idarə etdiyi “KamAZ” hərkətdə olan zaman aşıb.

Qəza zamanı xəsarət alan olmayıb. Yük yerində olan ot bağlamaları yola dağlıb. 

Faktla bağlı araşdırma aparılır.

2
Vumart və Güvən reklamı Vumart Güvən