Kəlbəcərdə kişi qayadan yıxılaraq öldü - FOTO

Kəlbəcərdə bədbəxt hadisə baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qamışlı kəndində qeydə alınıb.
Kənd sakini 1962-ci təvəllüdlü R.Baxışov kənd ərazisində qayadan yıxılıb. 63 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
