Zuğulba şosesində maşın yandı - FOTO

Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğın baş verib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hadisə səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün tədbirlər görülür.