Azərbaycanda istirahət mərkəzində kütləvi zəhərlənmə OLDU

 00:49 20.07.2025     149

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.

Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.

Vumart və Güvən reklamı Vumart Güvən