Azərbaycanda istirahət mərkəzində zəhərlənənlərin sayı daha da artdı - ADLAR

Xəbər verdiyimiz kimi, Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, sözügedən mərkəzdə qida qəbul edən daha 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlar Ülviyyə Hətəm qızı Məhərrəmova, Güllü Xəyyam qızı Məhərrəmova, Aydın Xəyyam oğlu Məhərrəmli, Zöhrə Mədət qızı Məhərrəmli və Sənan Cavanşir oğlu Məhərrəmovdur.
Zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Qeyd edək ki, bu zərərcəkənlər eyni istirahət mərkəzində olsalar da digər məclisdə iştirak ediblər.
***
Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Redaktor.az xəbər verir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir
Səlimli Ümüd İlkin oğlu - 2010-cü il təvvəlüdlü
Şirəliyeva Firuzə Şaxtalı qızı - 1992-ci il təvvəlüdlü
Şirəliyeva Aydan Məmməd qızı - 2009-cu il təvvəlüdlü
Məmmədova Könül İlqar qızı - 1992-ci il təvvəlüdlü
Orucova Səadət Mehrab qızı - 2002-ci il təvvəlüdlü
Şəmiyev Mübariz Ənnağı oğlu - 1979-cu il təvvəlüdlü
Şəmiyeva Samirə Qara qızı - 1983-cü il təvvəlüdlü
Məmmədov Ramil Möhkəm oğlu - 1986-cı il təvvəlüdlü
Şəmiyev Ümid Mübariz oğlu - 2002-ci il təvvəlüdlü
Şəmiyeva Xatun Mübariz qızı - 2006-cı il təvvəlüdlü
Əsgərli Qurban Nizami oğlu - 2010-cu il təvvəlüdlü
Sultanlı Sehrayə İntiqam qızı - 2015-ci il təvvəlüdlü
***
00:49
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.