Bakıda restoranın reklam lövhəsi uçdu - Üzlük daşları yola dağıldı

 11:06 20.07.2025     257

Bu gün səhər saatlarında Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birinin reklam lövhəsi uçub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə 4-cü mikrorayon Cavadxan küçəsi 37 ünvanında yerləşən “Melon lounge” restoranında baş verib.

Binanın üzərində quraşdırılmış lövhə təxminən 10 metr hündürlükdən qoparaq yerə çırpılıb. Binanın üzlük daşları da yola dağılıb.

Xoşbəxtlikdən ətrafda olan şəxslərdən heç kim xəsarət almayıb.

Vumart və Güvən reklamı Vumart Güvən