Kürdə batan var

 22:11 20.07.2025     80

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a nazirlikdən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, çayda batan şəxsin 1986-cı il təvəllüdlü Əliyev Sənan İlham oğlu olduğu bildirilir. 

Vumart və Güvən reklamı Vumart Güvən