Futbolçunun atası dənizdə boğuldu

 22:26 20.07.2025     104

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.

Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır (APA). 

Vumart və Güvən reklamı Vumart Güvən