Naxçıvanda yük avtomobili yanaraq yararsız hala DÜŞÜB

Naxçıvanda iri tonnajlı yük avtomobili partlayaraq yanıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Naxçıvan Hava Limanı ərazisinə yaxın hissəsində baş verib.
Belə ki, hərəkətdə olan bitumla dolu TIR-da anidən yanğın yaranıb və avtomobil partlayıb.
Dərhal hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, həmçinin polis əməkdaşları cəlb olunub.
Avtomobilin çox hissəsi yanaraq yararsız hala düşüb.