Sumqayıtda uşaq dənizdə qıcolmadan öldü

Sumqayıtda çimərlikdə azyaşlı ölüb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü Azər Məcidov dənizdə çimərkə epileptik tutma nəticəsində ölüb. Hadisə şahidlərinin bildirdiyinə görə, suya girdikdən dərhal sonra epileptik tutma olub və uşaq huşunu itirib.
Azyaşlı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb.