Musiqiçini maşın vurub öldürdü - FOTO

 14:39 22.07.2025     81

Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, hadisədən əvvəl M.Cəfərovun maşınının benzini bitibmiş. O, avtomobilinə benzin almaq istəyərkən bədbəxt hadisə ilə üzləşib.

“Unikal”ın məlumatına görə, M.Cəfərov sintezator ifaçısı imiş.

Vumart və Güvən reklamı Vumart Güvən