Sumqayıtda 44 yaşlı kişi döyülərək öldürüldü - iki oğlu saxlanıldı

 22:22 22.07.2025     128

44 yaşlı A. Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 21-də axşam saatlarında Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğlanlarıdır.

***

17:46

Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.

Redaktor.az  xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində qeydə alınıb.

Küçədə döyülərək başından ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

İlkin məlumata görə, A. Bağırov küçədə oğlu tərəfindən döyülüb, daşla başına vurulub.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən