Axtarışda olan şəxs polisə silahlı müqavimət göstərdi, güllələndi

 20:47 23.07.2025     246

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən