Goranboyda mağaza yandı - YENİLƏNİB

 22:06 23.07.2025     486

Goranboy rayonunun Xan Qərvənd kəndində inşaat malları mağazasında baş verən yanğın söndürülüb.

***

21:14

Goranboy rayonunda tikinti materialları mağazası yanır.

Redaktor.az-ın məlumatına görə, rayonun Xan Qərvənd kəndində "Anar inşaat" mağazasında güclü yanğın başlayb. Yanğın mağazanın taxta-şalban yığılan hissəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirilyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən