ANAMA-nın əməkdaşı QƏZAYA DÜŞDÜ

 09:10 24.07.2025     105

Ağdam rayonunda ANAMA əməkdaşı qəzaya düşüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.

Rayon sakini 1995-ci il təvəllüdlü Əliyev Rəsad Əli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobill nasazlıq səbəbindən aşıb.

Nəticədə R.Əliyev müxtəlif dərəcəli xəsarətlər alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

R.Əliyev ANAMA əməkdaşıdır və Sarıcalıda yerləşən Bazada işləyir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən