Çimərlikdə balıq tutarkən boğulub öldü

Bakıda daha bir nəfər dənizdə boğulub.
Redaktor.az xəbər verir ki, hadisə iyulun 23-ü saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsindəki çimərlikdə baş verib.
Bakı şəhər sakini 1992-ci il təvəllüdlü İbrahimov Kənan Zahir oğlu balıq tutarkən ehtiyatsızlıqdan suya düşüb. O boğularaq ölüb.
K.İbrahimovun meyiti sudan çıxarılıb.
Araşdırma aparılır.