20 kiloqramdan artıq narkotik, 3 ton çətənə kolu aşkarlandı

 10:54 24.07.2025     71

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 23-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu zərbə endirilib.

Redaktor.az xəbər verir ki, əməliyyat zamanı ümumi çəkisi 20,6 kiloqramdan artıq narkotik vasitə və 1992 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.

Bundan əlavə, yabanı halda bitmiş, ümumi çəkisi 3 tondan artıq olan 16 619 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qanunsuz dövriyyə və kultivasiya halları ilə bağlı qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən