Baş Prokurorluq: Bu ilin altı ayı ərzində 42 təqsirləndirilən şəxsin xaricdən ekstradisiyası təmin edilib

 16:19 24.07.2025     89

Bu ilin altı ayı ərzində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən