“Atamın vəziyyəti yaxşılığa doğru gedir” - YENİLƏNİB

 13:10 25.07.2025     281

Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.

Redaktor.az xəbər verir ki, bununla bağlı Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.

“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinikaya təxliyə olunub.

***

Arif Babayevin vəziyyəti hazırda stabildir.

Redaktor.az xəbər verir ki, bunu Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

"Atamın vəziyyəti yavaş-yavaş yaxşılığa doğru gedir. Həkimlərin nəzarəti altındadır. Bu gün bir az irəliləyiş var, çox sevinmişik", - deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən