Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavəndə keçdi

Ağdam rayonu Gülablı kəndi ərazisində ötən gün başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib.
Redaktor.az xəbər verir ki, Ağdam rayon Gülablı kəndində başlayan yanğın geniş əraziyə yayılaraq Xocavənd rayon Mirikənd kəndində ərazisinə keçib.
Yanğının söndürülməsi üçün, FHN-nin Ağdam, Ağcabədi, Yevlax, Xankəndi rayonlarından 7 yanğınsöndürən olmaqla 80 nəfər şəxsi heyyət və 2 helikopter yanğınla mübarizə aparır.