Goranboyda ildırım meşə ərazisində yanğına səbəb OLDU

 22:57 25.07.2025     434

Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı ərazidə quru ot və ağaclıq ərazi alovlanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən